27-30 sentyabr tarixlərində Bakıda “ADEX 2016”Azərbaycan Beynəlxalq Müdafiə Sənayesisərgisi keçiriləcək. Bu barədə “İnterfaks” agentliyinə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətindən məlumat verilib.
“Rosoboroneksport” SC-nin təşkilatçısı olduğu birləşdirilmiş Rusiya ekspozisiyasında bu ölkənin 28 təşkilatının stendləri təqdim ediləcək. Onlardan 21-i hərbi təyinatlı məmulatları nümayiş etdirəcək”, - deyə məlumatda qeyd olunur.
Sərgidə ilk dəfə modernləşdirilmiş T-72 tankının modeli təqdim ediləcək. “Ümumilikdə, Rusiya şirkətləri hərbi təyinatlı 512 eksponat nümayiş edəcəklər”, - deyə Xidmətdən bildiriblər. **