SOCAR “Neft Daşları” yatağında yeni quyu istismara verib. Bu barədə şirkətin məlumatında deyilir.
2162 nömrəli quyu 2150 nömrəli stasionar dəniz özülündən qazılıb.
Sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilən quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənir.*
N.Abbasova