Azərbaycan xarici işlər naziriElmar Məmmədyarov və Avstraliya xarici işlər naziri Culiya Bişop yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil edilməsi, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazirlərin görüşü BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində baş tutub.
"Görüşdə ölkələrimiz arasında siyasi dialoqun inkişaf etdirilməsinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil edilməsinin, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb”, - deyə məlumatda qeyd olunur.
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud “status-kvo”nun qəbuledilməz və qeyri-davamlı olduğunu bildirib.*
A.Əzizov