Gələn həftə Qazaxıstanın dövlət katibi GulşarəAbdikalikova Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qazaxıstanın Bakıdakı səfirliyindən məlumat verilib.
“G.Abdilkalikova 29-30 sentyabr tarixlərində keçiriləcək V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edəcək”, - deyə səfirlikdən bildiriblər.
Dövlət katibinin forumun plenar sessiyalarında və dəyirmi masalarda çıxışı gözlənilir.
Səfər çərçivəsində G.Abdilkalikova Heydər Əliyev adına “Qazaxıstan-Azərbaycan” dostluq cəmiyyətinin üzvləri ilə görüşəcək. Həmçinin, iki ölkə arasında mədəniyyət, incəsənət, təhsil sahəsində əlaqələr müzakirə olunacaq. **
R.Babayev