“SOCAR Petroleum” QSC (SOCAR-ın törəməsi) 2018-ci ilin sonuna kimi Azərbaycanda yanacaqdoldurma məntəqlərinin sayını 42-ə çatdırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ARDNŞ-dən məlumat verilib.
“Hazırda Azərbaycanda “SOCAR” brendi altında 22 YDM fəaliyyət göstərir. 2018-ci ilin sonuna kimi daha 20 YDM inşa edələrək istifadəyə veriləcək”, - deyə şirkətdən qeyd ediblər.
Xəbər verilib ki, 2016-cı ilin sonuna kimi “SOCAR Petroleum” Şamaxıda YDM istifadəyə verəcək. **
N.Abbasova