Mərkəzi Seçki Komissiyası beynəlxalq qurumlarla əməkdaşlığa açıqdır. Bu barədə MSK sədri Məzahir Pənahov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşdə bəyan edib.
“MSK beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıqdır və bu münasibətlər seçki və referendum praktikasının daha da təkmilləşdirilməsində əhəmiyyətli rol oynayır”, - deyə M.Pənahov qeyd edib.
Onun sözlərinə görə, referendumun yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi üçün Azərbaycanda hər cür şərait var.
M.Pənahov amerikalı diplomata referenduma hazırlıqla bağlı görülmüş işlər barədə məlumat verib.
Öz növbəsində, R.Sekuta ABŞ səfirliyinin MSK ilə sıx əməkdaşlığından məmnun olduğunu ifadə edib. **
R.Babayev