2016-cı ilin yanvar-avqust aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 18 mlrd. 463,7 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali ticarət obyektlərindən 9 mlrd. 184,1 mln. manatlıq ərzaq (2015-ci ilin yanvar-avqust ayları ilə müqayisədə artım 3,2%), 9 mlrd. 279,6 mln. manatlıq qeyri-ərzaq malları (artım 0,8%) alıb.
Yanvar-avqust aylarında Azərbaycan əhalisinə 4 mlrd. 682,6 mln. manat məbləğində xidmət göstərilib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 0,9% çoxdur. Bununla yanaşı, bütün xidmətlərin 73,9%-i və ya 3 mlrd. 459 mln. manatlıq xidmət hüquqi şəxslər tərəfindən göstərilib.*
N.Abbasova