2016-cı ilin yanvar-iyul aylarında Azərbaycana 788,6 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $148 mln. 953,5 min (azalma 26,5%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $76 mln. 303,7 min dəyərində 183,4 min ton şəkər xammalı və şəkər (artım 20,4%), $69 mln. 676,2 min dəyərində 80 min 147,3 min ton bitki yağı (artım 18,7%), $23 mln. 133,7 min dəyərində 6 min 804,4 ton çay (artım 1,8 dəfə), $31 mln. 343,6 min dəyərində 9 min 47,5 ton kərə yağı və süd (artım 32,5%) idxal edilib.
Yanvar-iyul aylarında respublikaya $37 mln. 279,4 min dəyərində 41 min 746,2 ton (azalma 2,3%) meyvə, $14 mln. 937,7 min dəyərində 40 min 36,8 ton tərəvəz (artım 1,9 dəfə), $20 mln. 656,9 min dəyərində 110,7 min ton kartof (artım 40,9%) idxal edilib.
Bu dövrdə $86 mln. 51,5 min dəyərində (artım 60,5%) 94 min 756,7 ton tərəvəz (artım 42,9%), $76 mln. 87,5 min dəyərində (artım 22%) 43 min 484,2 ton meyvə (artım 10,4%), $15 mln. 772,7 min dəyərində (azalma 24,4%) 38 min 198,7 ton kartof (artım 4,5%), $3 mln. 431,4 min dəyərində (azalma 63,8%) 640,9 ton çay (azalma 68,7%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $34 mln. 652,5 min dəyərində (azalma 72,2%) 60 min 935,1 ton şəkər (azalma 48,2%), $5 mln. 489 min dəyərində (azalma 84,9%) 5 min 285,7 ton bitki yağı (azalma 64,3%) ixrac edilib. **
N.Abbasova