Rəsmi Bakı Avropa Şurası Venesiya Komissiyasının sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla əlaqədar vaxtından əvvəl çıxardığı rəydən narazıdır. Bu barədə Azərbaycan Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib.
Venesiya Komissiyası nüfuzlu təşkilatdır. Biz ilə Venesiya Komissiyası həmişə bir-birimizin rəyinə hörmətlə yanaşmışıq. Mövqelərimiz üst-üstə düşməyə bilər, lakin bir-birimizin rəyinə diqqtlə yanaşımşıq. Bu səbəbdən Komissiyanın keçiriləcək referendumla əlaqədar vaxtından əvvəl çıxardığı rəydən narazıyıq. Rəydə səhvlər və qeyri-dəqiqliyə rast gəlinir”, - deyə Ş.Əliyev çərşənbə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bir qayda olaraq, Venesiya Komissiyası rəyinin ilkin versiyasını hazırlayır və Azərbaycan tərəfini onunla tanış edir.
“Venesiya Komissiyasının bu və ya digər məsələyə dair rəyini üç aydan tez səsləndirməsini xatırlamıram. Adətən oanlar ilkin versiyanı hazırlayaraq elektron poçtla bizə göndirirdilər. Rəyimizi alandan asonra öz qərarlarını səsləndirirdilər. Bu dəfə hər şey fərqli oldu. Bununla əlaqədar Komissiyanın refendumla bağlı rəyində çoxlu sayda səhvlər və qeyri-dəqiqliklər var”, - deyə Ş.Əliyev vurğulayıb.
Ş.Əliyev bu rəyi siaysi sifariş hesab edir. “İki həftə ərzində bu cür rəy hazırlamaq mümkün deyil”, - deyə o əlavə edib. **
R.Babayev