Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqındasərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Azərbaycan idmanının inkişafındakı xidmətlərə görə cüdoçu İlham Zəkiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bundan başqa, XV Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərə görə 2 nəfər “Şöhrət”, bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 8 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri və 9 nəfər “Tərəqqi” medalı ilə təltif olunub. **
A.Axundov