İsrail Fəhlə Partiyasının lideri Hilik Bar Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına ümid edir.
“Ümid edirəm ki, Qarabağ münaqişəsi sülh yolu ilə nizamlanacaq”, - deyə Knessetin vitse-spikeri H.Bar İsraildə “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinə bildirib.
O qeyd edib ki, İsrail Misir ilə İordaniya ilə münaqişənin nizamlanmasına müvəffəq olub. “Münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanın razılığa gələrək bu problemi sülh yolu ilə həll etməsini arzu edirəm”, - deyə parlamentari vurğulayıb. **
F.İsazadə