Azərbaycan və Türkmənistan XİN başçıları Elmar Məmmədyarov və Rəşid Meredov Azərbaycan-Türkmənistan-Türkiyə formatında əlaqələrin inkişafında maraqlı olduqlarını qeyd ediblər.
XİN-in mətbuat xidmətindən məlumat verilib ki, E.Məmmədyarov və R.Meredov Nyu-Yorkda BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində görüşdə üçtərəfli formatda energetika nazirləri və xarici işlər nazirlərinin qarşıdan gələn görüşlərinin gündəliyini müzakirə etdilər.
Nazirlər iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi apardılar. Xüsusilə, həmsöhbətlər enerji, nəqliyyat, mədəni və humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu vurğuladılar. **
A.Əzizov