Sentyabrın 21-də Azərbaycan ərazisində baş vermiş 6 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 6 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 90 cinayət faktı qeydə alınıb, onların 37-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 51 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.*
A.Əzizov