SOCAR-ın Kompleks Qazma İşləri Tresti “Çilov” yatağındakı yeni quyuda qazma işlərinə başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.
Layihə dərinliyi 1500 metr olan 116 nömrəli quyu 112 saylı özüldən Qala Lay Dəstəsinə qazılır.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil ediləcək.
Xəbər verildiyi kimi, SOCAR 2014-cü ilin avqust ayında 112 nömrəli dəniz özülünün tikintisini başa çatdırıb. Özüldə 10 quyunun qazılması nəzərdə tutulub.
“Çilov” yatağı Çilov adasında yerləşir. SOCAR tərəfindən yatağın sənaye üsulu ilə işlənməsi 1952-ci ildən həyata keçirilir.*
A.Əzizov