Avropa, Asiya və Afrika ölkələri Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məhsullara böyük maraq göstərirlər. Bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.
“Daha çox Azərbaycanda istehsal edilən döyüş sursatları, silah almaq üçün müraciət edirlər”, - deyə nazir müavini vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda buraxılan müdafiə təyinatlı məhsullar yüksək keyfiyyəti ilə fərqlənir. “Məhsullarımız yüksək keyfiyyəti ilə fərqlənir və rəqabətə davamlıdır”, - deyə Y.Musayev əlavə edib.
Cari ilin iyul ayında müdafiə sənayesi naziri Yavər Camalovbəyan edib ki, hazırda Azərbaycan $106 mln. məbləğində silah ixracı üçün sifariş portfelinə malikdir. Onun sözlərinə görə, Müdafiə Sənayesi Naziriyi silah ixracı üçün yeni bazarlar axtaracaq. Bundan başqa, nazirlik Azərbaycanda yeni növ silahların istehsalının təşkilini planlaşdırır. **
R.Babayev