Azərbaycan və Xorvatiyanın xarici işlər nazirləriElmar Məmmədyarov və Miro Kovaç iqtisadiyyat, turizm, energetika və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
"E.Məmmədyarov və M.Kovaç Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində görüşüblər", - deyə Azərbaycan XİN-in məlumatında deyilir.
Tərəflər iki ölkə arasında siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə ediblər.*
A.Axundov