“Nikoil” İnvestisiya-Kommersiya Bankı nizamnamə kapitalını 150 mln. manat artıraraq 184,5 mln. manata çatdıracaq. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilir.
“MBNP-nın bank sektorunun sağlamlaşdırılması proqramı çərçivəsində bankın nizamnamə kapitalı 150 mln. manat artırılacaq. Bununla əlaqədar MBNP ilə bankın əsas investoru “Topaz Investment” arasında müvafiq protokol imzalanıb”, - deyə Palatadakı mənbə bildirib.
Onun sözlərinə görə, razılıqlara əasasən, 2016-cı ilin sonuna kimi bankın nizamnamə kapitalı 184,5 mln. manata çatacaq. **
A.Axundov