İsrailin Akko və Azərbaycanın Quba şəhərləri arasında 2017-ci ildə qardaşlaşma haqqında saziş imzalamaq planlaşdırılır. Bu barədə Akko şəhərinin meri Şimon Lankri bəyan edib.
“Akko ilə Qubanın qardaşlaşmış şəhərlər olmaq barədə razılaşma əldə etmişik. Azərbaycanlı tərəfdaşlar bu istiqamətdə iş aparırlar. 2017-ci ildə bu sənədi imzalamaq niyyətindəyik”, - deyə Ş.Lankri İsraildə “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinə bildirib.
Onun sözlərinə görə, meriyanın vəsaiti hesabına Akko şəhərində Azərbaycanın dağ yəhudilərinin irsi üzrə “Tivateynu - Bizim ümidimiz” Koordinasiya mərkəzi inşa edilib. Mərkəzin tikintisinin ümumi büdcəsi $1 mln.-u ötüb. “Bu yaxınlarda mərkəzin, o cümlədən Heydər Əliyev adına Azərbaycan Evinin rəsmi açılışı olacaq”, - deyə o qeyd edib.
Ş.Lankri Azərbaycana səfəri zamanı Quba şəhərindəki “Krasnoya Slaboda” qəsəbəsinə getdiyini bildirib. O burada 20-ci əsrin əvvəlində ermənilərin törətdikləri qırğının nəticələrinin şahidi olub.
Həmçinin mer qeyd edib ki, Akkonun ermıni icması Xocalı soyqırımına həsr olunan tədbirləri təşkil etməmək təklifi ilə dəfələrlə ona müraciət edib. “Birmənalı şəkildə cavab vermişəm ki, Azərbaycan xalqını dəstəkləyirəm. Qarabağ Azərbaycanına məxsusdur. Mən bunu artıq neçə illərdir bəyan edirəm. Mən Azərbaycan xalqının tərəfindəyəm və heç bir təhdid və ya məktub mövqeyimi dəyişə bilməz. Xocalı soyqırımı ilə bağlı konfrans və digər tədbirlərə şəxsən nəzarət edirəm. Biz yəhudilər Azərbaycan uğrunda qan tökmüşük. Bizim Albert Aqarunov adlı Azərbaycanin Milli Qəhrəmanımız var”, - deyə o əlavə edib. **
F.İsazadə