Prezident İlham Əliyev Mingəçevirdə 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və təmir işlərinin həyata keçirilməsi məqsədi iləMingəçevir Şəhər İcra Hakimiyyətinə 5 mln. manat vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısının saytında verilən məlumata görə, müvafiq sərəncam sentyabrın 22-də imzalanıb.
Qeyd olunan məbləğ 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.*
R.Babayev