Azərbaycan Şərqi Yerusəlim Fələstin Dövlətinin paytaxtı olmaqla, İsrail-Fələstin münaqişəsinin “iki-dövlət” həllinə tərəfdardır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
Azərbaycan Fələstinin sülh və sabitlik uğrunda mübarizəsinə tam dəstək verir.
XİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu sözləri Azərbaycanın XİN rəhbərislam bildirib.
“Azərbaycan Fələsətin dövlətinə beynəlxalq dəstəyin artmasını görməkdən çox məmnunuq. Mən qardaş Fələstin xalqına sülh, sabitlik və davamlı inkişaf əldə etmək uğrunda mübarizəsinə Azərbaycanın tam dəstək verdiyini bir daha təsdiq etmək istərdim. Azərbaycan Şərqi Yerusəlim Fələstin Dövlətinin paytaxtı olmaqla, İsrail-Fələstin münaqişəsinin “iki-dövlət” həllinə tərəfdardır”, - deyə nazir Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirmə Görüşündə çıxışı zamanı vurğulayıb.
E.Məmmədyarov Azərbaycanın Fələstin ilə müxtəlif səviyyələrdə müntəzəm məsləhətləşmələr apardığını diqqətə çatdırıb.
Onun sözlərinə görə, ölkəmiz İƏT üzv dövlətlərinin ərazilərinə müharibə və hərbi münaqişələrin törədilməsindən narahatdır. “Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi hədələrdən biri kimi terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir. Terroristləri qoruma və öymə hallarına yol verilməməlidir”, - deyə o qeyd edib.
E.Məmmədyarov əlavə edib ki, bütün terror aktları motivindən asılı olmayaraq qəbuledilməzdir, ağır cinayət sayılır, qınanmalı və mühakimə edilməlidir.
Nazir həmçinin artan islamofobiya ilə mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Çıxışında E.Məmmədyarov Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə İƏT-ə minnətdarlığın bildirib. **
A.Əzizov