SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ilin yanvar-avqust aylarında 4 mlrd. 224,7 mln. kubmetr qaz hasil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 7,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Avqust ayında şirkət tərəfindən 531,7 mln. kubmetr qaz hasil olunub.
Ümumilikdə 2016-cı ilin yanvar-avqust aylarında respublika üzrə qaz hasilatının həcmi 19 mlrd. 976,9 mln. kubmetr (artım 5,2%), avqust ayında 2 mlrd. 496 mln. kubmetr təşkil edib.
2015-ci ildə SOCAR 6 mlrd. 871,4 mln. kubmetr qaz hasil edib. Respublika üzrə qaz hasilatının həcmi isə 29 mlrd. 742,7 mln. kubmetr təşkil edib.
Cari ildə hökumət qaz hasilatını 29 mlrd. 345 mln. kubmetr həcmində proqnozlaşdırır.*