Sentyabrın 22-də Azərbaycan ərazisində baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 1 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 76 cinayət faktı qeydə alınıb, onların 29-u “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 101 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.**
R.Babayev