2016-cı ildə bağlanan 9 bankın əmanətçilərinə ümumilikdə 258,06 mln. manatdan artıq kompensasiya ödənilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmanətlərin Sığortalanması Fondundan(ADIF) məlumat verilib.
"Texnikabank" ASC-nin əmanətçilərinə 119,87 mln. manat, “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə 24,091 mln. manat, “Gəncəbank” ASC-nin əmanətçilərinə 925,721 min manatdan artıq kompensasiya ödənilib.
Bundan əlavə, “Zaminbank” ASC-nin əmanətçilərinə 46,908 mln. manat, “Parabank” ASC-nin əmanətçilərinə 32,415 mln. manat, “Kredobank” ASC-nin əmanətçilərinə 16,865 mln. manat, “Dekabank” ASC-nin əmanətçilərinə 2,763 mln. manatdan artıq kompensasiya ödənilib.
“Atrabank” ASC-nin əmanətçilərinə 12,598 mln. manat, "Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçilərinə 1,625 mln. manat kompensasiya ödənilib.*
A.Əzizov