2016-cı ilin yanvar-avqust aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə sərnişindaşımaların həcmi 1 mlrd. 234 mln. 189,2 min nəfər təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 1 mln. 235,3 min nəfər (azalma 3%), dəniz nəqliyyatı ilə 12,2 min nəfər (artım 2,3 dəfə), hava nəqliyyatı ilə 1 mln. 341,7 min nəfər (artım 6,5%), metro ilə 140 mln. 310 min sərnişin (azalma 2,7%) daşınıb.
2016-cı ilin yanvar-avqust aylarında avtomobil nəqliyyatı vasitələri ilə 1 mlrd. 91 mln. 290 min sərnişin (artım 2,5%), avtobuslarla 1 mlrd. 49 mln. 224,6 min sərnişin (artım 2,5%), taksi minik avtomobilləri ilə 42 mln. 65,4 min sərnişin (artım 3,1%) daşınıb.**
N.Abbasova