Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 28-də növbəti depozit hərracı keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
"Mərkəzi Bank sentyabrın 28-də keçirəcəyi növbəti depozit hərracında 28 gün müddətinə 50 mln. manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 12,01%-14,99% təşkil edir.
Xəbər verildiyi kimi, AMB iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb. İyun-sentyabr aylarında keçirilmiş 12 hərracda bank 1 ay müddətinə 526 mln. manat cəlb edib.*
A.Əzizov