Bazar ertəsi AŞPA nümayəndələri Azərbaycan Konstitusiyasına dəyişikliklərin daxil edilməsinə dair referndumun gedişini izləyirlər.
AŞPA-nın referendum üzrə Qiymətləndirmə missiyasına Aleksandr Nikoloski (rəhbər), üzvlər - Andrea Riqoni, Yanaki Stoylov, Antonio Qutiyerres, Dominik Tarçinski və Azərbaycan üzrə həmməruzəçi Stefan Şennak (Avstriya) daxildir.
İyulun 18-də prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Layihədə ölkənin birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi təklif olunur.
Bundan başqa, dəyişikliklər çərçivəsində prezidentin səlahiyyət müddətinin 7 ilədək artırılması nəzərdə tutulur (hazırda 5 ildir).
Həmçinin Konstitusiyaya Milli Məclisin buraxılması haqqında müddəanın əlavə edilməsi, eləcə də deputat seçilmək üçün yaş həddininn 18-ə endirilməsi təklif olunur. Hazırda Milli Məclisə seçkilərdə yaşı 25-dən az olmayan şəxslər iştirak edə bilərlər.
Seçmi məntəqələri yerli vaxtla saat 8:00-da açılacaq, səsvermə 19:00-dək davam edəcək.
Bütövlükdə, 5,627 min seçki məntəqəsi səsvermə üçün açıq olacaq. 5 mln. 267,111 min nəfər səsvermək hüququna malikdir. Həmçinin Azərbaycanın xari ölkələrdəki səfirlikləri və diplomatik missiyalarında 38 seçki məntəqəsi açılıb.
1 min seçki məntəqsində veb-kameralar quraşdırlıb. Kameralar səslərin hesablanması zamanı da çalışacaq.
4 təşkilat tərəfindən referendumda exit-poll həyata keçiriləcək.
Səsvermənin nəticələri oktyabrın 21-dək açıqlanacaq.**
F.İsazadə