“Rusiya helikopterləri” Holdinqi Azərbaycanda keçiriləcək “ADEX-2016” sərgisində mülki və hərbi helikopterləri nümayiş edəcək. Bundan başqa, potensial sifarişçilərlə danışıqlar planlaşdırılır.
“Tədbir çərçivəsində “Rusiya helikopterləri” bir sıra mülki və hərbi helikopterlərin actual modellərini nümayiş edəcək. O cümlədən, ən yeni işləmələrin təqdimatı keçiriləcək. Ziyarətçilər Mi-38, Mi-28NE Night Hunter, həmçinin Ka-52 “Alliqator” helikopterlərinin modelləti ilə tanış olacaqlar”, - deyə “İnterfaks”a bazar günü holdinqdən məlumat verilib.
27-30 sentyabr tarixlərində “Baku Expo Centre”da “ADEX-2016” İkinci beynəlxalq sərgi keçiriləcək. **