İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 11 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 24 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günlərində 143 cinayət faktı qeydə alınıb, onların 45-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 98 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. fakt müəyyən edilib.**
R.Babayev