Tacikistan parlamentinin aşağı palatasının sədri Şukurcon Zuxurovnümayəndə heyəti ilə Bakıya rəsmi səfərə gəlir.
Aşağı palatanın mətbuat xidmətinin məlumatına gerə, səfər Milli Məclisinin sədri Oqtay Əsədovun dəvəti ilə həyata keçirilir.
“Üç gün ərzində Tacikistan parlamentinin nümayəndə heyətinin Bakıda V Beynəlxalq Humanitar Forumda iştirakı gözlənilir. Ş.Zuxurov Azərbaycan prezidenti İlham Əliyev, baş nazirArtur Rasizadə və parlamentin sədri Oqtay Əsədovla görüşlər keçirəcək”, - deyə məlumatda deyilir.
Beynəlxalq Humanitar Forumu 2010-cu ildən etibarən Azərbaycan prezidenti İlham Əliyev və Rusiyanın keçmiş dövlət başçısı Dmitri Medvedevin təşəbbüsü ilə keçirilir. **