“Aqrolizinq” ASC pambıqçılıq sahəsində istifadə olunan 1,591 min ədəd kənd təsərrüfatı texnikası alıb. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov məlumat verib.
“Pambıqçılıqda istifadə edilməsi məqsədilə 1591 ədəd kənd təsərrüfatı texnikası “Aqrolizinq” ASC-nin xətti ilə ölkəyə gətirilib. Oktyabr ayının 15-nə kimi Azərbaycana yeni pambıqyığan kombaynlar gətirilərək fermerlərin istifadəsinə veriləcək”, - deyə o bildirib.
Nazir pambıq toxumçuluğu sahəsində islahatların aparılmasının vacibliyini də qeyd edib.*
A.Axundov