Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə referendum başa çatıb.
"Saat 19:00-da seçki məntəqələri bağlanıb. Hazırda səslər hesablanır", - deyə Mərkəzi Seçki Komissiyasından “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Azərbaycanda 5 mln. 267,111 min nəfər səsvermə hüququna malikdir, 5,627 min seçki məntəqəsi yaradılıb.
İyulun 18-də prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Layihədə ölkənin birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi, eləcə də prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılması təklif olunur.
Təklif olunan digər dəyişikliklərə əsasən dövlət başçısı növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə elan edə bilər. Prezident vaxtından əvvəl vəzifədən getdikdə növbədənkənar seçkilərin keçirilmə müddətinin 30 aydan 60 günədək azaldılması təklif olunur.
Həmçinin Konstitusiyaya Milli Məclisin buraxılması haqqında müddəanın əlavə edilməsi, eləcə də deputat seçilmək üçün yaş həddininn 18-ə endirilməsi təklif olunur. Hazırda Milli Məclisə seçkilərdə yaşı 25-dən az olmayan şəxslər iştirak edə bilərlər.
Referendumun nəticələri oktyabrın 21-dək elan ediləcək.*
A.Əzizov