Prezident Ilham Əliyev Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifin ölkəsinə səfər etmək dəvətini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev bazar ertəsi Pakistanın müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə R.T.Hussain pakistanlı baş nazirin Azərbaycan prezidentinə ümvanlanan dəvətini təqdim edib.
İ.Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə verdiyi dəstəyə görə Pakistana minnətdarlığını ifadə etdi.
Prezident Azərbaycanın da Pakistanı həmişə Kəşmir məsələsində dəstəklədiyini qeyd edərək “Pakistanın ölkəmiz üçün dünyada ən yaxın və böyük dost ölkələrdən biri” olduğunu dedi.
Dövlət başçısı Azərbaycan ilə Pakistan arasında müdafiə və hərbi sənaye sahəsində əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi. **
A.Axundov