Azərbaycan regionda ən böyük hərbi potensialı olan ölkədir. Bu barədə prezident İlham ƏliyevinII Azərbaycan beynəlxalq müdafiə sərgisinin (“ADEX 2016”) iştirakçılarına ünvanladığı müraciətdə deyilir. Müraciətin mətnini baş nazirin birinci müavini Yaqub Eyyubov oxuyub
“Ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş xarici təcavüz və terrorizmin nəticəsi olaraq, Azərbaycan dövləti təhlükəsizlik sisteminin möhkəmləndirilməsini və dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır”, - deyə müraciətdə qeyd olunur.
Dövlət başşısı bildirib ki, qəbul edilmiş Hərbi Doktrina beynəlxalq müstəvidə ümumbəşəri prinsip və normaları rəhbər tutan Azərbaycanın həm müdafiə potensialını, həm də dost və tərəfdaş dövlətlərlə əlaqələrini gücləndirib. Azərbaycan hazırda regionda ən böyük hərbi potensialı olan ölkədir.
Prezident İ.Əliyev sərginin hərbi-texniki əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu məkan kimi müasir təhlükəsizlik çağırışlarına cavab verən yeni yanaşmalara, xüsusilə müdafiə sənayesi sahəsində mühüm təşəbbüslərə yol açacağına əminlik ifadə edib.*
R.Babayev