2016-cı ilin birinci yarısında ərəb ölkələrindən Azərbaycana turist axını 8 dəfə artıb. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bəyan edib.
“Əcəbilər üçün viza verilməsi prosesi sadələşdiriləndən sonra cari ilin 6 ayı ərzində ərəb ölkələrindən turistlərin sayı 8 dəfə artıb”, - deyə Ə.Qarayev çərşənbə axşamı “Turizm işçiləri günü”nə həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda digər ölkələr üçün də viza verilməsinin sadələşdirilməsi üzrəində iş gedir. “Viza rejimi bizim üçün müəyyən çətinçliklər yaradır. Artıq bu prosesin sadələşdirilməsi üzrə tədbirlər görürük”, - deyə o qeyd edib.
Bundan başqa, nazir bildirib ki, turizmin inkişafı üzrə xüsusi strategiya hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. “Burada turizm sahəsində Azərbaycanın prioriteləri dəqiq öz əksini tapıb”, - deyə Ə.Qarayev bildirib.
Nazir qeyd edib ki, Azərbaycan dünyanın turizm sənayesində öz yerini tutub. **
F.İsazadə