Azərbaycan sentyabrın 28-də OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələrin Əlcəzairdə keçiriləcək qeyri-rəsmi görüşündə iştirak etməyəcək. Bu barədə “İnterfaka-Azərbaycan” agentliyinə Energetika Nazilyindən məlumat verilib.
Öncə bildirilib ki, Azərbaycanı görüşdə energetika naziri Natiq Əliyev təmsil edəcək.
“Nazir Natiq Əliyev OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələrin Əlcəzairdə keçiriləcək qeyri-rəsmi görüşündə iştirak etməyəcək.. Bütövlükdə, Azərbaycan bu görüşdə tımsil olunmayacaq”, - deyə nazirlikdən bunun səbəbini dəqiqləşdirməyiblər.
Çərşənbə günü OPEC-ə üzv ölkələr və Rusiya Əlcəzairdə keçiriləcək Beynəlxalq energetika forumu çərçivəsində məsləhətləşmələr aparacaqlar. Öncə kartel rəhbərliyi bəyan edib ki, qeyri-rəsmi xarakter daşıyan görüşdən heç bir qərar gözləməyə dəyməz. **
N.Abbasova