Azərbaycan uzaq məsafəli ballistik raketlərin istehsalı texnologiyasını ölkəyə gətirmək niyyətindədir. Bu barədə bu gün jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov deyib.
«Biz 280 km məsafəyə uça bilən ballistik raketin istehsal texnologiyasının Azərbaycanda tətbiq edilməsi üçün dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparırıq», - deyə Y.Camalov bildirib.
O qeyd edib ki, hazırda Azərbaycanda 125 adda yeni hərbi təyinatlı məmulatın istehsalı istiqamətində iş aparılır.
«Prioritet layihələr arasında “Hava-yer”, “Hava-hava”, Yer-yer” raket sistemlərinin istehsalını qeyd etmək olar», - deyə nazir vurğulayıb.*
R.Babayev