Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu gün keçirilən hərracda banklara $70,2 mln. məbləğində valyuta satıb. Bu barədə fonddan məlumat verilib.
“ARDNF sentyabrın 27-də Mərkəzi Bankın (AMB) keçirdiyi valyuta hərracında iştirak edib. Hərraca çıxarılmış $100 mln. məbləğində vəsait çıxarılıb. 20 banka $70,2 mln. satılıb”, - deyə məlumatda qeyd olunur.
Ümumilikdə, artıq üçünçü hərracdır ki, banklar təklif olunan xarici valyutanı tam həcmdə almırlar.
Fond sentyabr ayında keçirilən valyuta hərraclarında $582 mln. satıb.**
A.Əzizov