SOCAR “Neft Daşları” yatağında yeni quyu istismara verib. Bu barədə şirkətin məlumatında deyilir.
2645 nömrəli quyu “Neft Daşları” yatağındakı 1637 nömrəli dəniz özülündən qazılıb.
“Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılan quyu sutkalıq 16 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir.**
N.Abbasova