Ankara və Bakı birgə turizm proqramları və kampaniyaları hazırlayacaq. Bu sözləri Türkiyənin mədəniyyət və turizm naziri Nəbi Avcı deyib.
«Azərbaycan və Türkiyə turizmin və turizm münasibətlərinin inkişafı çərçivəsində yalnız ikitərəfli əlaqələri inkişaf etdirməyəcək. Biz həm də üçüncü ölkədən olan turistlər üçün birgə proqramlar və kampaniyalar hazırlayacağıq»,- deyə N.Avcı Bakıda jurnalistlərə bildirib.
O vurğulayıb ki, hərbi çevriliş cəhdinə və törədilən terror aktlarına baxmayaraq, Türkiyə əcnəbilər üçün cəlbedici turizm məkanı olaraq qalır.*
F.İsazadə