“Rusiya helikopterləri” SC “Silk Way Helicopter Services” müssisəsi ilə birgə Azərbaycan ərazisində Mi-8/17 tipli mülki helikopterlərin təmir mərkəzi yaradacaq.
Çərşənbə axşamı Bakıda keçirilən ADEX-2016 sərgisində tərəflər arasında müvafiq saziş imzalanıb.
“Azərbaycan MDB ərazisində Rusiya istehsalı olan helikopterlərin əsas istifadəçilərindəndir. Bu ölkədə servis mərkəzinin açılması qərarı məhz bununla şərtlənir. Gələcəkdə Azərbaycanda helikopterlərin təmir mərkəzinin imkanlarını genişləndirməyi vəm Rusiya istehsalı olan hərbi helikopterlərin təmirini həyata keçirməyi planlaşdırırıq”, - deyə məlumatda holdinqin baş direktoru İqor Çeçikovun sözlərindən sitat gətirilir. **