Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanda dini televiziyanın yaradılması təklifi ilə prezident İlham Əliyevə müraciət edib.
«Mən dövlət başçısına ölkədə dini televiziyanın yaradılmasını təklif etdim. Qoy vətəndaşlarımız bu televiziya vasitəsilə maariflənsinlər», - deyə o bildirib.
QMİ sədrinin sözlərinə görə, din xadimləri bu televiziya vasitəsilə Qazılar Şurasının verdiyi fətvaların mahiyyətini ictimaiyyətə çatdırmaq imkanına malik olacaqlar.
«Prezident bu praktikanın mövcud olduğu ölkələrlə maraqlandı. Mən də belə nümunələrin olduğunu dedim», - deyə A.Paşazadə qeyd edib.*
F.İsazadə