Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb. Bu barədə Komitədən məlumat verilib.
Texniki Komitəyə ondan artıq dövlət müəssisəsi və qeyri-kommersiya təşkilatı daxildir.
“Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitəsinə sədrliyi “Sumqayıt Texnologiyalar Parkı” MMC həyata keçirəcək.
Texniki Komitənin yaradılmasında əsas məqsəd milli standartların hazırlanması və ekspertizasının təşkili,beynəlxalq və dövlətlərarası standartların işlənib hazırlanmasıdır. **
A.Axundov