Sumqayıt turizmin inkişafı üçün böyük potensiala malikdir. Prezident İlham Əliyev buna əmindir.
«Əminəm ki, Sumqayıtın gələcək inkişafında turizm sektoru da öz rolunu oynayacaq. Bunu bir neçə il bundan əvvəl təsəvvür etmək çətin idi ki, biz Sumqayıtı, eyni zamanda, turizm mərkəzi kimi görmək istəyirik”, - deyə dövlət başçısı bu gün şəhər ictimaiyyəti ilə görüşdə bildirib.
İ.Əliyev qeyd edib ki, Sumqayıtda yeni inşaat layihələri həyata keçiriləcək. «Mənə bu gün məlumat verildi ki, yeni inşaat layihələri icra ediləcək, bulvara yaxın yerdə yeni yaşayış binaları, otellər tikiləcək. Ona görə, Sumqayıt gələcəkdə Azərbaycanın turizm zonası kimi də özünü göstərməlidir»,- deyə prezident əlavə edib.
O vurğulayıb ki, Sumqayıt iri sənaye şəhəri adını daim daşıyacaq.*
F.İsazadə