İqtisadiyyat Nazirliyi investisiya təşviqi sənədi vermək məqsədilə 200 mln. manatdan artıq məbləğdə investisiya layihələrini öyrənir. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bəyan edib.
“İndiyədək 58 sahibkara investisiya təşviqi sənədi təqdim olunub. Bu layihələrin reallaşdırılması hesabına ölkə iqtisadiyyatına 0,5 mlrd. manat sərmayə yatırılacaq və 4 mindən artıq işı yeri açılacaq. Hazırda nazirlik tərəfindən 200 mln. manatdan artıq məbləğdə investisiya layihələrin qiymətləndirilməsini aparır”, - deyə Ş.Mustafayev vurğulayıb.
Xəbər verildiyi kimi, 18 yanvar 2106-cı il tarixində prezident İlham Əliyev investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Bu fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq edilib. İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara verilən sənəd Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda nəzərdə tutulan güzəştlərdən istifadə etməyə imkan verir. **
A.Əzizov