Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Azərbaycan İpoteka Fondu” QSC-nin (AİF) 307 mln. 238,671 min manat məbləğində səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu barədə palatanın məlumatında deyilir.
«Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən AİF-in yenidən təşkili ilə əlaqədar MBNP fondun 307 mln. 238,671 min manat məbləğində səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bir qiymətli kağızın nominal dəyəri 1 manatdır», - deyə məlumatda qeyd olunur.
Səhmlər qapalı abunə yolu ilə yerləşdiriləcək.*
A.Axundov