Türkiyənin ədliyyə naziri Bekir Bozdağ bu gün NTV telekanalına müsahibəsində bildirib ki, Türkiyədə dövlət çevrilişi cəhdi ilə əlaqədar aparılan araşdırmalar çərçivəsində 32 min nəfər həbs edilib.
O, həmçinin qeyd edib ki, çevriliş cəhdinin baş verdiyi iyul ayının 16-dan Fətullah Gülənlə əlaqəli olmaqda şübhəli bilinən 70 min nəfər barəsində araşdırma aparılıb.*