Türkiyə müxalif moizəçi Fətullah Gülənin ekstradisiyası ilə bağlı sorğusuna ABŞ-dan 1-2 gün ərzində cavab gözləyir. Bu braədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ NTV telekanalına müsahibəsində bildirib.
“ABŞ-da bizə məlumat verilib ki, F.Gülənin Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı ABŞ-a təqdim olunan bütün dəlillər öyrənildikdən sonra 1-2 gün ərzində qəbul edilən qərar açıqlanacaq”, - deyə o bəyan edib.
“Hazırda Fətullah Gülənin əmir və təlimatı ilə Türkiyə Silahlı Qüvvələrində hərbçilərin çevrilişə cəhd etməsinə dair sübutlar var”, - deyə B.Bozdağ vurğulayıb.
O qeyd edib ki, Türkiyə və ABŞ arasında cinayətkarların təhvil verilməsi barədə razılaşmanın 9-cu maddəsinə görə Vaşinqton Ankaranın sorğusuna əsasən Türkiyə vətəndaşını həbs etmək məcburiyyətindədir. **