Azərbaycan prezidenti İlham Əliyev israilli həmkarı Reuven Rivlinə İsrailin keçmiş prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib.
“İsrail Dövlətinin keçmiş prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Nobel mükafatı laureatı Şimon Peresin vəfatı xəbəri məni olduqca kədərləndirdi”, - deyə dövlət başçısının saytında dərc olunan məktunda deyilir.
İ.Əliyev R.Rivlinə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib. **
R.Babayev