Azərbaycan prezidenti İlham Əliyev Uruqvay ilə ikitərəfli əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu qeyd edir. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Uruqvay Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilya ilə görüşdə İ.Əliyev münasibətlərimizin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı
X.Amarilya ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyini dedi. O, ölkəsinin növbəti aylarda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlayacağını da diqqətə çatdırdı.
Həmçinin Azərbaycan prezidenti Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahini qəbul edib.
Dövlət başçısı Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb
Öz növbəsində, A.AbdullahiAzərbaycan ilə əməkdaşlıq əlaqələrinə toxunaraq, təmsil etdiyi qurumun bu əlaqələrə xüsusi önəm verdiyini dedi.**
R.Babayev