Milli Məclisin nümayəndə heyəti Makedoniyanın paytaxtı Skopye şəhərində ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak edəcək. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
Bu məqsədlə deputatlar Azay Quliyev, Kamran Nəbizadə və Tahir Mirkişili sentyabrın 29-dan oktyabrın 3-dək Makedoniyaya səfər edəcəklər.
Sessiya çərçivəsində “ATƏT regionunda etimadın qurulması tədbirlərinin və yaxşı idarəetmənin gücləndirilməsi” adlı Parlament Konfransı keçiriləcək.
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Parlament Konfransının “ATƏT regionunda yaxşı idarəetmə iqtisadi inkişafın möhkəmləndirilməsinin zəmini kimi” adlı toplantısına sədrlik edəcək.
Sessiya ərzində, həmçinin, Aralıq dənizi Forumu keçiriləcək. **
R.Babayev